Əlixan Musayev:
Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbr et. Həqiqətən, bu, əzm (tələb edən) əməllərdəndir.
Bünyadov-Məmmədəliyev:
Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!
Elmir Quliyev
:
О сын мой! Совершай намаз, повелевай совершать одобряемое, запрещай предосудительное и терпеливо сноси все, что постигает тебя. Воистину, в этих делах надлежит проявлять решимость.
Ələddin Sultanov:
Ey oğlum, namaz qıl, yaxşı işlər görməyi əmr et və pis işlər görməyi qadağan et! Başına gələn müsibətlərə də səbir et! Həqiqətən, bunlar əzmkarlıq tələb edən işlərdir.
Kerbelayi Malik ağa:
Ey övladım, namaz qıl! Maruf ilə (irfanla) əmr et və münkəri (pisliyi) qadağan et. Sənin başına gələn şeylərə (müsibətlərə) səbir et. Şübhəsiz ki, bu, əzm tələb edən işlərdəndir.
Ələsgər Musayev:
Ay oğlum! Ayağa qalx islahata və əmr
et mərifət ilə və nəhy et bəyənilməyəni və səbirli ol sənə
yetişənə. Həqiqətən, bu, əzimdəndir əmrdə.
A.Mehdiyev və D.Cəfərli:
«Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir».
Kövsər Tağıyev:
“Oğlum! Namazı doğru-düzgün qıl. Yaxşılığı əmr et. Pislikdən çəkindir. Başına gələn müsibətlər qarşısında səbirli ol. Çünki bunlar qəti şəkildə əmr edilmiş işlərdəndir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Oğlum, namaz qıl, (insanlara) xeyir işlər görməyi buyur, xoşagəlməzdən çəkindir və sənə üz verənlərə döz. Həqiqətən də bu, vacib işlərdəndir.
Sabirə Dünyamalıyeva:
Ey oğlum! Səlatı yerinə yetir [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yarat-yaşat], yaxşılığı əmr et, pis işləri qadağan elə. Sənə düşənə səbr et. Şübhəsiz ki, bunlar, işlərin qəti olanlarındandır.