Səcdə Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.
Bünyadov-Məmmədəliyev:
Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!
Elmir Quliyev :
Ни один человек не знает, какие услады для глаз сокрыты для них в воздаяние за то, что они совершали.
Ələddin Sultanov:
Əməllərinin mükafatı olaraq onlar üçün göz aydınlığı olacaq nələr saxlandığını heç kim bilmir.
Kerbelayi Malik ağa:
Artıq heç bir nəfs (heç kim) etdiyi əməllərə mükafat olaraq onlar üçün gözaydınlığından nələrin gizlənib saxlandığını bilməz.
Ələsgər Musayev:
Bilməz nəfs ki, etdikləri əməllərə görə onlar üçün qədər göz işıqlandıracaq mükafat məxfi saxlanıb.
A.Mehdiyev və D.Cəfərli:
Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!
Kövsər Tağıyev:
Etdikləri əməllərin qarşılığı olaraq onlar üçün gizlənib saxlanılan göz aydınlığını heç kəs bilməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Heç bir kəs tutduğu əməllərin əvəzi olaraq hansı müjdənin [mükafat ya cəzanın] onlar üçün gizlədilib saxlandığını bilməz.
Sabirə Dünyamalıyeva:
Heç kəs, etdiklərinin əvəzində özü üçün gözaydınlığı olaraq nələr gizlənib saxlandığını bilmir!