Yasin Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bizim vəzifəmiz ancaq (vəhy olunanı) aşkar təbliğ etməkdir”.
Bünyadov-Məmmədəliyev:
Bizim vəzifəmiz yalnız (Allahın hökmlərini, peyğəmbərliyi) açıq-aşkar təbliğ etməkdir!”
Elmir Quliyev :
На нас возложена только ясная передача откровения".
Ələddin Sultanov:
Bizim vəzifəmiz ancaq (Allahın əmrlərini) açıq-aşkar təbliğ etməkdir”.
Kerbelayi Malik ağa:
Bizim vəzifəmiz yalnız açıq-aşkar təbliğ etməkdir.
Ələsgər Musayev:
üzərimizdə bizim ancaq təbliğdir aşkar».
A.Mehdiyev və D.Cəfərli:
«Və bizim vəzifəmiz yalnız (öz risalətimizi) açıq aşkar çatdırmaqdır. (Bizim vəzifəmiz möcüzələrin təkrarı, məcburi surətdə qəbul etdirmək, dünyada axirətdə cəza mükafat vermək deyildir)».
Kövsər Tağıyev:
(Elçilər isə) belə dedilər: “Rəbbimiz, həqiqətən, bizim sizə göndərilən elçilər olduğumuzu bilir”.
M.Qənioğlu və T.Bilaloğlu:
bizim üzərimizə ancaq təbliğ etmək düşür."
Sabirə Dünyamalıyeva:
Bizə düşən [vəzifə] yalnız açıq-aşkar təbliğdir."