Zümər Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Tağuta ibadət etməkdən çəkinib Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ!
Bünyadov-Məmmədəliyev:
Tağuta (Şeytana, bütlərə) ibadət etməkdən çəkinib tövbə edərək Allaha tərəf qayıdanları müjdə gözləyir. (Ya Peyğəmbər!) Bəndələrimə (Cənnətlə) müjdə ver!
Elmir Quliyev :
Для тех, которые избежали поклонения тагуту и обратились к Аллаху, есть благая весть. Обрадуй же Моих рабов,
Ələddin Sultanov:
Tağuta (bütlərə) ibadət etməkdən çəkinib Allaha yönələnlərə müjdə vardır. Bəndələrimə müjdə ver!
Kerbelayi Malik ağa:
Onlar ki, tağuta (insan cin şeytanlara) qul olmaqdan çəkindilər (özlərini qurtardılar). Çünki, Allaha yönəldilər (Allaha təslim olmağı dilədilər). Onlara müjdələr vardır. Elə isə qullarımı müjdələ!
Ələsgər Musayev:
O kəslər ki, ayrıldılar Tağutdan ki, ona ibadət etməsinlər qayıtdılar Allaha tərəf, onlar üçün bəşarət var. Bəşarət ver bəndələrimə
A.Mehdiyev və D.Cəfərli:
Hər bir itaətsiz batil qüvvədən Allahdan qeyri məbuddan ona ibadət etməmək üçün çəkinmiş Allaha tərəf qayıtmış kəslərə müjdə olsun! Buna görə müjdə ver Mənim bəndələrimə!
Kövsər Tağıyev:
Tağutdan, ona qulluq etməkdən çəkinən ixlasla Allaha yönələnlər üçün müjdə var. O halda qullarımı müjdələ!
M.Qənioğlu və T.Bilaloğlu:
Tağuta (bütlərə] ibadət etməkdən uzaqlaşıb Allaha üz tutanlara isə müjdə vardır. Müjdə ver O bəndələrimə ki,
Sabirə Dünyamalıyeva:
tağuta ibadət etməkdən çəkinib Allaha yönələn kəslər üçün müjdə var. Haydı, müjdə ver,