Nisa Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
Elmir Quliyev :
Воистину, Аллах обязался принимать покаяния тех, которые совершают дурной поступок по своему невежеству и вскоре раскаиваются. Их покаяния Аллах принимает, ведь Аллах Знающий, Мудрый.
Ələddin Sultanov:
Allahın qəbul etdiyi tövbə yalnız nadanlıqla pis bir görən, sonra da dərhal tövbə edənlərin tövbəsidir. Allah onların tövbəsini qəbul edər. Allah hər şeyi biləndir, hikmət sahibidir.
Kerbelayi Malik ağa:
Lakin Allahın qəbul edəcəyi tövbə cahillik ilə bir pis görüb sonra dərhal tövbə edənlər üçündür ki, onlar Allahın tövbələrini qəbul etdiyi kimsələrdir. Allah Alimdir, Hakimdir.
Ələsgər Musayev:
Həqiqətən, qayıdışları Allah o kəslərdən qəbul edər ki, cahillikdən pis əməl edirlər, sonra dərhal qayıdırlar. Həmin onlardır ki, Allah da onlara tərəf qayıdar Allah Alimdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən hikmət sahibidir.
Kövsər Tağıyev:
Allah qatında (məqbul) tövbə ancaq bilmədən günah işləyib sonra çox keçmədən tövbə edənlərin tövbəsidir. Allah bunların tövbəsini qəbul edər. Allah haqqı ilə biləndir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın qəbul edəcəyi tövbə, bilmədən pis tutub, sonra da çox keçmədən tövbə edənlərin tövbəsıdır. Allah hər şeyi biləndir hikmət sahibidir.
Sabirə Dünyamalıyeva:
Allahın qəbul etdiyi tövbə, ancaq cəhalətləri səbəbiylə pislik edənlərin, sonra dərhal tövbə edənlərinkidir. Bax bunlar, tövbəsi Allah tərəfindən qəbul olunanlardır. Allah, ən yaxşı biləndir, ən yaxşı hökm verəndir.