Əlixan Musayev:
Doğru yolla gedənlərə gəldikdə isə, (Allah) onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər.
Bünyadov-Məmmədəliyev:
Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının (möminliklərinin, Allahdan qorxub pis əməllərdən çəkinmələrinin) mükafatını verər!
Elmir Quliyev
:
Тем, кто следует прямым путем, Он увеличивает их приверженность прямому пути и дарует их богобоязненность.
Ələddin Sultanov:
Doğru yolda olanlara gəldikdə, Allah onların doğruluqlarını artırar və onları təqvalı edər.
Kerbelayi Malik ağa:
Onlar ki, hidayətə ərmişlər, (Allah) onların hidayətini artırdı və onlara təqvalarını verdi.
Ələsgər Musayev:
O kəslər ki, hidayət olundular, O artırdı
onların hidayətini və əta etdi onlara təqvalıqlarını.
A.Mehdiyev və D.Cəfərli:
(Allah) doğru yolda olanların hidayətlərini (daha da) artırıb və onlara vəziyyətlərinə münasib pərhizkarlıq (ruhu) bəxş edib.
Kövsər Tağıyev:
Hidayət tapanlara gəlincə, Allah onların hidayətini artırar. Bu, onları Allaha qarşı gəlməkdən çəkindirər.
M.Qənioğlu və T.Bilaloğlu:
Düz yolla gedənlərin düzlüyünü isə O, daha da artırar və onlara özlərinin müttəqiliklərini verər.
Sabirə Dünyamalıyeva:
Və yönəldildikləri doğru yola girmiş kəslərə [gəldikdə isə]; Allah onlar üçün doğru yollarını artırar və onlara Allahın mühafizəsi altına daxil olmağı bəxş edər.