Həşr Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların hər ikisinin aqibəti atəş içində əbədi qalmaqdır. Zalımların cəzası budur.
Bünyadov-Məmmədəliyev:
Onların hər ikisinin (Şeytanla onun aldatdığı adamın, eləcə münafiqlərlə Bəni Nəzir qəbiləsinin) aqibəti cəhənnəm odu içində həmişəlik qalmaqdır. Zalımların (kafirlərin) cəzası budur!
Elmir Quliyev :
Концом тех и других станет попадание в Огонь, в котором они пребудут вечно. Таково воздаяние беззаконникам!
Ələddin Sultanov:
Onların hər ikisinin sonu əbədi qalacaqları cəhənnnəmdir. Zalımların cəzası budur!
Kerbelayi Malik ağa:
Beləcə ikisinin (münafiqlərin şeytanın) aqibəti orada, atəşin içində əbədi olaraq qalmaq oldu. Zalımların cəzası budur.
Ələsgər Musayev:
Oldu hər ikisinin aqibəti: onlar hər ikisi oddadırlar, həmişəlik orada qalacaqlar. Bu cəzasıdır zalimlərin!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə hər ikisinin (Şeytan kafirin) işinin aqibəti od içində əbədi qalmaq oldu. Budur zalımların cəzası!
Kövsər Tağıyev:
Nəhayət, ikisinin (azdıranın da, azanın da) aqibəti əbədi olaraq atəşdə qalmalarıdır. Bax zalımların cəzası budur.
M.Qənioğlu və T.Bilaloğlu:
Beləcə hər ikisinin aqibəti əbədi qalacaqları cəhənnəm odu içərisinə düşmək oldu. Haqsızların cəzası budur!
Sabirə Dünyamalıyeva:
Axırda ikisinin aqibəti, Atəşin içində əbədi qalmaqdır. bu, şirk qoşaraq, küfr işləyərək səhv, öz zərərlərinə olan əməli işləyənlərin cəzasıdır.