Qələm Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər
Bünyadov-Məmmədəliyev:
Biz vaxtilə o bağ sahiblərini imtahana çəkdiyim kimi, bunları da (Məkkə mürşiklərini də) imtahana çəkdik. O vaxt (o bağ sahibləri) səhər açılanda (onun meyvələrini) mütləq dərəcəklərinə and içmişdilər.
Elmir Quliyev :
Воистину, мы подвергли их испытанию, подобно тому, как мы подвергли испытанию владельцев сада, когда они поклялись, что утром они непременно сорвут их (плоды),
Ələddin Sultanov:
Biz bağ sahiblərini sınadığımız kimi, onları da sınadıq. O zaman onlar (bağ sahibləri) səhər açılanda (heç kim görmədən) məhsulu dərəcəklərinə and içmişdilər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Biz onları bəlaya uğratdıq. Məhsulunu sübh tezdən mütləq (kimsə görmədən) dərmək üçün and içən bağ sahiblərini bəlaya uğratdığımız kimi.
Ələsgər Musayev:
Biz onları sınadıq, qədər, cənnət əshabını sınadıq. Onda and içdilər səhər sübhdən təxirə salınmadan hökmən dərəcəklər
A.Mehdiyev və D.Cəfərli:
Biz vaxtilə (Yəməndə Səna yaxınlığındakı) o bağ sahiblərini imtahana çəkdiyimiz kimi, bunları da (Məkkə əhlini də) imtahana çəkdik. O vaxt onlar səhər çağı onun meyvələrini mütləq dərəcəklərinə and içmişdilər.
Kövsər Tağıyev:
Şübhəsiz, biz vaxtilə bağça sahiblərinə bəla verdiyimiz kimi onlara (məkkəli kafirlərə) da bəla verdik. O bağça sahibləri sübh tezdən (yoxsullar gəlmədən) bağçanın məhsullarını toplamağa and içmişdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz onları vaxtilə bağ sahiblərini sınadığımız kimi sınadıq. O zaman bağ sahibləri and içmişdilər ki, səhəri açan kimi gedib onun (meyvələrini) dərəcəklər.
Sabirə Dünyamalıyeva:
Həqiqətən biz, o bağ sahiblərinə bəla verdiyimiz kimi, onlara da bəla verəcəyik. Onlar and içmişdilər ki, səhər açılanda bağın məhsulunu mütləq dərəcəklər.