Əlixan Musayev:
Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız?
Bünyadov-Məmmədəliyev:
Elə isə əgər küfr etmiş olsanız, uşaqları ağ saçlı qocalara döndərəcək gündən (qiyamət gününün əzabından) özünüzü necə qoruyacaqsınız?!
Elmir Quliyev
:
Как же вы спасетесь, если не уверуете, в тот день, который заставит поседеть младенцев?
Ələddin Sultanov:
Əgər haqqı inkar etsəniz, uşaqları ağ saçlı qocalara çevirəcək bir gündən özünüzü necə qoruyacaqsınız?!
Kerbelayi Malik ağa:
Əgər inkar etsəniz, o zaman uşaqların saçlarını (qorxudan) ağardan o gündən özünüzü necə qoruyacaqsınız?
Ələsgər Musayev:
Və necə qorxansınız əgər kafirsiniz günnən – edər uşaqları ağsaçlı?
A.Mehdiyev və D.Cəfərli:
Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?!
Kövsər Tağıyev:
Belə olduğu halda əgər inkar etsəniz, uşaqları ağ saçlı qocalara çevirəcək bir gündən (Qiyamətdən) necə qorunarsınız?
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz də küfr edərsinizsə, uşaqların belə saçını ağardacaq o gündən necə yaxa qurtara bilərsiniz?
Sabirə Dünyamalıyeva:
Belə olduğu halda küfr etsəniz; Allahın məbud və rəbb olduğunu bilə bilə inkar etsəniz, uçaqları ağ saçlı qocalara çeviren o gündən özünzü necə qoruyacaqsınız?