Nəbə Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, (haqla batili) ayırd etmə günü (əzəldən müəyyən edilmiş) bir vaxtdır!
Elmir Quliyev :
Воистину, День различения назначен на определенное время.
Ələddin Sultanov:
Şübhəsiz ki, (haqq ilə batili) ayırd etmə gününün vaxtı təyin edilmişdir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, fəsil (ayrılma) günü təyin edilmiş bir vaxtdır.
Ələsgər Musayev:
Həqiqətən, ayrılıq gününün qəti vaxtı var.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, (insanlar arasında) hökmetmə (haqla batilin, yaxşıyla pisin) ayrılma günü (İlahinin əzəli elmində Lövhi-Məhfuzda yazılana uyğun olaraq) vəd olunmuş bir vaxtdır (hamının bir-birini tanıması, bütün işlərə baxılma, yaxşı pis işlərin müəyyən edilməsi, mükafat cəzaların verilmə vədəsidir. Bu ayədən etibarən surənin axırınadək «böyük xəbər»in baş verməsi, bəşər idrakından yuxarı olan o səhnənin hadisələri həqiqətləri vəsf olunur).
Kövsər Tağıyev:
Şübhəsiz, hökm ayırma günü müəyyən olunmuş bir vaxtdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, ayırd etmə günü vəd edilmiş vaxtdır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Ayırma günü [əvvəlcədən] qərarlaşdırılmış bir görüşmə vaxtıdır.