Tövbə Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Müşriklər küfr etdiklərini bildikləri halda, (onlara )Allahın məscidlərini abadlaşdırmaq yaramaz. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar.
Bünyadov-Məmmədəliyev:
Müşriklər küfr etdikləri barədə öz-özlərinə şahid olduqları halda, Allahın məscidlərini təmir etmək onlara layiq olmaz. Onların əməlləri puça çıxmışdır. Onlar Cəhənnəmdə (atəşdə əbədi qalacaqlar!)
Elmir Quliyev :
Не полагается многобожникам оживлять мечети Аллаха, свидетельствуя о собственном неверии. Тщетны их деяния, и они вечно пребудут в Огне.
Ələddin Sultanov:
Müşriklər özlərinin kafir olduqlarını bildikləri halda Allahın məscidlərini təmir etməyə layiq deyillər! Onların əməlləri puça çıxmışdır onlar cəhənnəmdə əbədi qalacaqlar.
Kerbelayi Malik ağa:
Müşriklərin özlərinin (nəfslərinin) küfrlərinə (inkarlarına, kafirliklərinə) şahid olduqları halda Allahın məscidlərini abadlaşdırmaları olmaz. Onların əməlləri puç olmuşdur. Onlar atəşdə əbədi qalacaq olanlardır.
Ələsgər Musayev:
Müşriklər üçün olmadı ki, Allahın məscidlərini təmir edələr, bir surətdə ki, öz küfrlərinə şahiddirlər. Onların bütün əməlləri batil olub aradan gedər onlar odda həmişəlik qalacaqlar!
A.Mehdiyev və D.Cəfərli:
Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur onlar odda əbədi qalacaqlar.
Kövsər Tağıyev:
Özləri öz küfrlərinə şahid ikən Allaha şərik qoşanların Allahın məscidlərini abad etmələri ağlabatan deyil. Onların bütün əməlləri boşa getmişdir. Onlar atəşdə əbədi qalacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Müşriklər küfr etdikləri barəsində öz-özlərinə qarşı şahid olduqları halda, Allahın məscidlərini (ibadətlər üçün) abad etmək onlara yaramaz. Bunların əməlləri artıq boşa çıxmışdır. Onlar əbədi olaraq cəhənnəm odu içərisində qalacaqlar.
Sabirə Dünyamalıyeva:
Şərik qoşanlar, özlərinin küfrünə [Allahın məbud rəbb olduğunu bilə-bilə rədd etmələrinə] özləri şahid olduqları halda, Allahın məscidlərini təmir etməklərindən söhbət gedə bilməz. Bax onlar, əməlləri puç olan kəslərdir. onlar, Atəş içində əbədi qalacaqlar.