Bələd Surəsi 17. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Sonra isə o, iman gətirən, bir-birinə səbr mərhəmət tövsiyə edənlərdən olmaqdır.
Bünyadov-Məmmədəliyev:
Sonra da iman gətirən bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!
Elmir Quliyev :
А после этого надо быть одним из тех, которые уверовали и заповедали друг другу терпение и заповедали друг другу милосердие.
Ələddin Sultanov:
Sonra da iman gətirən, bir-birinə səbir etməyi tövsiyə edən mərhəmətli olmağı tövsiyə edənlərdən olmaqdır.
Kerbelayi Malik ağa:
Sonra amənu olanlardan səbri tövsiyə edənlərdən mərhəməti tövsiyə edənlərdən olmaq əqəbəni aşmaqdır.
Ələsgər Musayev:
Sonra olacaq o kəslərdən ki, inanırlar tövsiyə edirlər səbrlə tövsiyə edirlər mərhəmətlə.
A.Mehdiyev və D.Cəfərli:
Bunlardan əlavə, iman gətirən bir birinə səbr, mehribanlıq bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.
Kövsər Tağıyev:
Sonra da iman edib bir-birinə səbri tövsiyə edənlər, bir-birinə mərhəməti tövsiyə edənlər ki var,
M.Qənioğlu və T.Bilaloğlu:
Sonra isə o, iman gətirən, bir-birilərinə səbr tövsiyə edən mərhəmət tövsiyə edənlərdən olmaqdır.
Sabirə Dünyamalıyeva:
Sonra da iman edərək bir-birinə səbri tövsiyə edənlərdən mərhəməti tövsiyə edənlərdən olmaqdır.