Əlixan Musayev:
Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, (haqqı) anlamazlar.
Bünyadov-Məmmədəliyev:
Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də haqqı dərk etməzlər.
Elmir Quliyev
:
Неверующие подобны скотине, на которую прикрикивает пастух, тогда как она не слышит ничего, кроме зова и крика. Они глухи, немы и слепы. Они ничего не разумеют.
Ələddin Sultanov:
Kafirlərin halı çığırtı və bağırtıdan başqa heç nə eşitməyənləri qışqıraraq səsləyən kimsənin halına bənzəyir. Onlar kar, lal və kordurlar. Buna görə də onlar dərk etməzlər. (Bu ayədə Həzrət Peyğəmbərin (s.ə.s.) kafirləri haqq yola dəvət etməsi, çobanın qoyunlarına qışqırıb-bağırmasına bənzədilmişdir.)
Kerbelayi Malik ağa:
O inkar edənlərin (kafirlərin) halı, bağırması səbəbiylə çığırtı və bağırtıdan başqa bir şey eşitməyən kimsənin halı kimidir. (Onlar) kar, lal və kordurlar. Buna görə onlar idrak edə bilməzlər.
Ələsgər Musayev:
Məsəli o kəslərin ki kafirdirlər o kəsin məsəli kimidir
ki səsləyəndə onu eşitməyir ancaq dua və nida Kar, lal və
kordurlar və onlar əql etməzlər!
A.Mehdiyev və D.Cəfərli:
Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər.
Kövsər Tağıyev:
İnkar edənləri imana çağıran (peyğəmbər) ilə inkar edənlərin halı qışqırtı və bağırtıdan başqa bir şey eşitməyən heyvanları çağıran (çoban) ilə heyvanların halı kimidir. Onlar kardırlar (həqiqətləri eşitməzlər), laldırlar (həqiqətləri danışmazlar), kordurlar (həqiqətləri görməzlər). Buna görə də anlamazlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərin məsəli çığırtı-bağırtıdan başqa heç nə eşidib anlamayan (heyvanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar. Onlar ağıllanmazlar.
Sabirə Dünyamalıyeva:
Və bəzi kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] halı, bağırtıdan-çığırtadan başqa bir şey eşitməyən şeylərin üstünə çoban kimi qışqıran/qarğa kimi çığıran kəsin halına bənzəyər; [onlar] kar, lal və kordurlar. Buna görə dərk edə bilmirlər də.