Əlixan Musayev:
Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!
Elmir Quliyev
:
О те, которые уверовали! Вкушайте дозволенные блага, которыми Мы наделили вас, и будьте благодарны Аллаху, если только вы поклоняетесь Ему.
Ələddin Sultanov:
Ey iman gətirənlər, əgər yalnız Allaha ibadət edirsinizsə, sizə verdiyimiz ruzilərin təmiz olanlarından yeyin və Ona şükür edin!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Sizə verdiyimiz ruzilərin təmiz olanından (halalından) yeyin. Əgər yalnız Ona qulsunuzsa, Allaha şükür edin.
Ələsgər Musayev:
Ay o kəslər ki,
inanırsınız! Yeyin saflardan nə ki, ruziləndirmişik sizi və
şükr edin Allah üçün, əgər oldunuz təkcə Ona ibadətlilər!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, ruziniz etdiyimiz pak şeylərdən yeyin (yer üzündə sizin üçün yaratdığımız və pak olan şeylərin hamısından bəhrələnin) və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin (çünki şükürsüz ibadət kamil deyildir).
Kövsər Tağıyev:
Ey iman edənlər! Əgər siz ancaq Allaha ibadət edirsinizsə, sizə verdiyimiz ruzilərin yaxşı və təmizlərindən yeyin və Allaha şükür edin.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər ! Sizə ruzi etdiyimiz təmiz nemətlərdən yeyin və əgər yalnız Allaha ibadət edirsinizsə, Ona şükr edin !
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! Əgər siz yalnız Ona ibadət edirsinizsə, sizə ruzi olaraq verdiyimiz şeylərin xoş, təmiz və faydalı olanlarından yeyin və verdiyi nemətlərin əvəzini Allaha ödəyin.