Ali-İmran Surəsi 172. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar yaralandıqdan sonra da Allahın Peyğəmbərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər (Allahdan) qorxanlar üçün böyük bir mükafat vardır.
Bünyadov-Məmmədəliyev:
Yaralandıqdan sonra Allahın Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir!
Elmir Quliyev :
которые ответили Аллаху и Посланнику после того, как им нанесли ранение. Тем из них, которые вершили добро и были богобоязненны, уготована великая награда.
Ələddin Sultanov:
Yaralandıqdan sonra da Allahın Peyğəmbərin dəvətinə uyanların arasından yaxşı işlər görüb (pis işlərdən) çəkinənlər üçün böyük bir mükafat vardır.
Kerbelayi Malik ağa:
Onlar (o möminlər) ki, yaralandıqdan sonra belə Allahın Rəsulun dəvətini qəbul etdilər. Onlardan əhsən olanlar (Allahın bütün əmrlərini yerinə yetirən, qadağan etdiyi heç bir hərəkəti işləməyənlər) (əzim) təqvaya çatanlar üçün ‘Əzim Əcr (ən böyük mükafat)’ vardır.
Ələsgər Musayev:
O kəslər ki, cavab verirlər Allah rəsulu üçün, ondan sonra ki, isbat oldu onlara yara. O kəslər üçün ki, yaxşılıq edirdi onlardan təqvalıdırlar, əcr əzəmətli!
A.Mehdiyev və D.Cəfərli:
(Uhud doyusund?n v?) yaraland?qdan sonra (Qureys qosununu t?qib etm?k ucun) Allah?n v? Onun peyg?mb?rinin cag?r?s?n? q?bul etmis k?sl?r-onlar?n yaxs?l?q edib t?qval? olanlar? ucun boyuk bir mukafat vard?r.
Kövsər Tağıyev:
Onlar yaralandıqdan sonra Allahın Peyğəmbərin dəvətinə uyan kimsələrdir. Onlardan gözəl davranıb yaxşılıq edənlərə Allaha qarşı gəlməkdən çəkinənlərə böyük bir mükafat var.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslər ki, (döyüşdə) yaralandıqdan sonra da Allahın peyğəmbərin (çağırışına) cavab verirlər. Onların içərisində yaxşı əməllər tutaraq Allahdan qorxanlara böyük mükafat vardır.
Sabirə Dünyamalıyeva:
Özlərinə bir yara dəydikdən sonra Allahın Elçinin dəvətini qəbul edən kəslər onlardan yaxşılaşdıran-gözəlləşdirən Allahın mühafizəsi altına daxil olan kəslərə böyük bir mükafat var.