Əraf Surəsi 172. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”(– deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. (Bu ona görədir )ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz.
Bünyadov-Məmmədəliyev:
(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onların özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” soruşmuş, onlar da: “Bəli, Rəbbimizsən!” deyə cavab vermişdilər. (Belə bir şahidliyin səbəbi) qiyamət günü: “Biz bundan qafil idik”;
Elmir Quliyev :
Вот твой Господь вынул из чресл сынов Адама их потомство и заставил их засвидетельствовать против самих себя: "Разве Я не ваш Господь?" Они сказали: "Да, мы свидетельствуем". Это для того, чтобы в День воскресения вы не говорили: "Мы не знали этого".
Ələddin Sultanov:
Qiyamət günü siz: “Biz bundan xəbərsiz idik”, - deməyəsiniz deyə, Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxartdı onları özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” ( buyurdu). Onlar da: “Bəli, buna şahid olduq!” - dedilər.
Kerbelayi Malik ağa:
Qiyamət günü, həqiqətən biz bundan qafildik (qafillərik) deyərsiniz deyə (deməməyiniz üçün) sənin Rəbbin Adəmoğullarının bellərindən onların nəsillərini çıxartdığı zaman onları nəfsləri üzərinə şahid tutdu. (Allahu Təala belə buyurdu): ‘Mən sizin Rəbbiniz deyiləmmi?’ Dedilər ki: ‘Bəli, (Sən bizim Rəbbimizsən), biz şahid olduq.’
Ələsgər Musayev:
Onda Rəbbin götürdü Adam oğullarınən kürəyindən onların zürriyyətini onları öz nəfslərinə şahid tutdu: «Ə, deyiləmmi Mən sizin Rəbbiniz?» Dedilər: «Bəli, biz şahidik!» Ondan ötrü ki, qiyamət günü deyərsiz: «Həqiqətən, biz bundan qafil olduq».
A.Mehdiyev və D.Cəfərli:
O zaman sənin Rəbbin Adəm övladlarından onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) onları (ağıllarının dərk etməsi peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tovhid rübubiyyətdən) qafil idik» deyəsiniz.
Kövsər Tağıyev:
Rəbbin (əzəldə) Adəm oğullarının sülblərindən zürriyyətlərini almış, onları özlərinə qarşı şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” demişdi. Onlar da: “Bəli, şahid olduq (ki, Rəbbimizsən)”, demişdilər. Belə etməyimiz qiyamət günü “Biz bundan xəbərsiz idik”, deməməyiniz üçündür.
M.Qənioğlu və T.Bilaloğlu:
O zaman sənin Rəbbin Adəm oğullarının belindən gələnlərin törəmələrini əmələ gətirdi onların özlərini özlərinə şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi?" - demişdi. Onlar: "Bəli, biz şəhadət veririk." - demişdilər. (Bu ona görə idi ki,) siz qiyamət günü: "Bizim bundan xəbərimiz yox idi. " - deməyəsiniz.
Sabirə Dünyamalıyeva:
Halbuki sənin Rəbbin, qiyamət günündə, Adəm oğullarının bellərindən onların nəsillərini çıxarar onları öz əleyhinə şahid tutar; "Mən sizin Rəbbiniz deyiləmmi?" Deyərlər ki: "Əlbəttə Rəbbimizsən, şahidlik edirik."