Əlixan Musayev:
Yaxud: “Atalarımız bizdən əvvəl (Allaha )şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz.
Bünyadov-Məmmədəliyev:
Və ya: “Atalarımız daha əvvəl (Allaha) şərik qoşmuşdular, bizi də onlardan sonra gələn bir nəsil idik (onların izi ilə getdik). Məgər bizi batilə uyanların (haqq yoldan sapanların) törətdikləri əməllərə görə məhv edəcəksən?” – deməməniz üçündür.
Elmir Quliyev
:
Или же не говорили: "Наши отцы были многобожниками раньше нас, а мы были всего лишь потомками, которые пришли после них. Неужели Ты погубишь нас за то, что совершили приверженцы лжи?"
Ələddin Sultanov:
Yaxud: “Daha əvvəl atalarımız (Allaha) şərik qoşmuşdular. Biz də onlardan sonra gələn bir nəsil idik. Batil yolda olanların etdiklərinə görə bizi həlak edəcəksən?!” - deməməyiniz üçün (belə etdik).
Kerbelayi Malik ağa:
‘Və ya lakin daha əvvəl atalarımız da şirk qoşdu və biz onlardan sonrakı nəsilik. Hal belə ikən batil ilə əməl edənlərin etdiklərinə görəmi bizi həlak edəcəksən?’ deyərsiniz deyə.
Ələsgər Musayev:
Ya deyərsiz ki: «Əlbəttə, atalarımız bundan qabaq şərik verdilər, biz isə onlardan sonrakı zürriyyətik. Ə, bizi batil əməl edənlərə görə həlakmı edəcəksən?»
A.Mehdiyev və D.Cəfərli:
Yaxud «həqiqətən atalarımız bizdən əvvəl (Allaha) şərik qoşdular və biz onlardan sonra olan övladlar (və təbii ki, onlara tabe) idik, məgər bizi batilə yönələnlərin etdiklərinə görə həlakmı edəcəksən?!».
Kövsər Tağıyev:
Yaxud: “Bizdən əvvəl atalarımız Allaha şərik qoşmuşlar. Biz onlardan sonra gələn bir nəsilik. İndi, batilə uyanların etdikləri üzündən bizi həlak edəcəksən?” – deməməyiniz üçündür.
M.Qənioğlu və T.Bilaloğlu:
Yaxud deməyəsiniz ki: "Axı hələ ata-babalarımız keçmişlərdə (Allaha) şərik qoşublar. Biz də onlardan sonra gələn bir nəsilik. Doğrudanmı Sən bizi batil iş görənlərin əməllərinə görə məhv edəcəksən?"
Sabirə Dünyamalıyeva:
Biz bunlardan xəbərsizdik deməyəsiniz yaxud "Bizdən əvvəl əcdadımız şərik qoşmuşdu, biz onlardan sonra gələn nəsillərik, batil əməl işləyənlərin əməlləri üzündən bizi dəyişikliyə/məhvə məruz qoyacaqsanmı?" deməyəsiniz deyə,