Şüəra Surəsi 174. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, bunda (Lutun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
Elmir Quliyev :
Воистину, в этом знамение, но большинство их не стали верующими.
Ələddin Sultanov:
Şübhəsiz, bunda bir ibrət vardır. Ancaq onların çoxu iman gətirməz.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, bunda mütləq bir ayə (ibrət) vardır. Onların çoxu mömin olmadılar.
Ələsgər Musayev:
Həqiqətən, bunda ayətlər var olmadı əksəriyyəti onların inanan!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət qəzəbinə dair) bir nişanə (ibrət) var onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
Kövsər Tağıyev:
Həqiqətən, bunda bir ibrət var. Onların çoxu isə iman etməmişdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, bunda bir ibrət vardır. Onların çoxu isə inanmır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, bunda bir əlamət/nümunə vardır. Amma onların çoxu iman edənlər deyildilər.