Əlixan Musayev:
O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!
Bünyadov-Məmmədəliyev:
Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!
Elmir Quliyev
:
Это всего лишь дьявол пугает вас своими помощниками. Не бойтесь их, а бойтесь Меня, если вы являетесь верующими.
Ələddin Sultanov:
O Şeytan sizi yalnız öz dostları ilə qorxuda bilər. Elə isə, əgər iman gətirmiş kimsələrsinizsə, onlardan qorxmayın, Məndən qorxun!
Kerbelayi Malik ağa:
Lakin şeytan ancaq öz dostlarını (onu dost tutanları) qorxudar. Artıq onlardan qorxmayın və əgər sizlər möminsinizsə, (yalnız) Məndən qorxun.
Ələsgər Musayev:
Həqiqətən, bu ancaq şeytandır ki, öz dostlarını
xoflu edir. Xoflanmayın onlardan və xoflanın Məndən, əgər
oldunuz inananlar!
A.Mehdiyev və D.Cəfərli:
H?qiq?t?n oz dostlar?n? (say?l?rl? dusm?nd?n) qorxudan yaln?z Seytand?r. Odur ki, ?g?r mominsinizs? onlardan qorxmay?n, M?nd?n qorxun!.
Kövsər Tağıyev:
O şeytan sizi ancaq öz dostları ilə qorxudur. Onlardan qorxmayın, əgər möminsinizsə, məndən qorxun.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz dostlarını (döyüşdən yayındırmaq məqsədilə) qorxudan kəs isə şeytandır. Əgər siz iman gətirənsinizsə, elələrindən qorxmayın, Məndən qorxun!
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki o şeytan/pis niyyətli insan, öz yaxınlarını qorxudar. Onlardan qorxmayın, əgər möminsinizsə, Məndən qorxun.