Bəqərə Surəsi 176. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil etmişdir. Kitab barəsində ixtilaf edənlər isə, əlbəttə, (haqdan) uzaq bir ziddiyyət içindədirlər.
Bünyadov-Məmmədəliyev:
Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili ya Quranı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar (onun hökmlərinin bəzisini qəbul, bəzisini rədd edənlər, bəzisini gizlədənlər, bəzisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər.
Elmir Quliyev :
Это потому, что Аллах ниспослал Писание с истиной. А те, которые спорят относительно Писания, находятся в полном разладе с истиной.
Ələddin Sultanov:
Bu ona görədir ki, Allah kitabı haqq olaraq endirmişdir. Kitab barəsində ixtilafa düşənlər isə, həqiqətən, dərin bir ayrılıq içindədirlər.
Kerbelayi Malik ağa:
Bu (əzab) Allahın Kitabı haqq ilə nazil etməsi səbəbiylədir. Şübhəsiz ki, Kitab haqqında ixtilafa düşənlər mütləq uzaq bir ayrılıq içindədirlər.
Ələsgər Musayev:
Bu, onun ilə ki, Allah nazil edir kitabı haqq ilə. Həqiqətən, o kəslər ki, ixtilafdadırlar kitab barədə, çox uzaq şəqavətdədirlər!
A.Mehdiyev və D.Cəfərli:
O əzab buna görədir ki, Allah kitabı (bütün səma kitablarını) haqq olaraq (düzgün, ali əqli bir hədəf üçün) nazil etmişdir. Həqiqətən Allahın kitabı (onun hamısının ya bəzisinin qəbul edilməsi, kəlmələrinin, yaxud mənasının təhrif edilməsi) barəsində fikir ayrılığına düşmüş kəslər uzun-uzadı bir düşmənçilik içərisindədirlər.
Kövsər Tağıyev:
Bu (əzab) da Allahın Kitabı haqq olaraq endirməsi (və onların bunu inkar etməsi) səbəbi ilədir. Kitab barəsində ixtilafa düşənlər isə dərin bir nifaq içərisindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bu ona görədir ki, Allah Kitabı haqq olaraq nazil etmişdir. Kitab haqqında ayrı fikirdə olanlar isə, əlbəttə, dərin nifaq içərisindədirlər.
Sabirə Dünyamalıyeva:
Bax bu, şübhəsiz ki, Allahın Kitabı haqq ilə nazil etməsi səbəbindəndir. şübhəsiz, Kitab haqqında ixtilafa düşən kəslər həqiqətən çox uzaq bir nifaq içərisindədirlər.