Ali-İmran Surəsi 177. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Doğrudan da, imanı əldən verib küfrü alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onları üzücü bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar!
Elmir Quliyev :
Те, которые купили неверие за веру, не причинят никакого вреда Аллаху, и им уготованы мучительные страдания.
Ələddin Sultanov:
Şübhəsiz ki, iman əvəzinə küfrü satın alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün acı bir əzab vardır.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, iman qarşılığında küfrü satın alanlar, Allaha heç bir şey ilə əsla zərər verə bilməzlər. Onlar üçün ‘əlim əzab’ vardır.
Ələsgər Musayev:
Həqiqətən, o kəslər, alver edirlər küfr üçün iman ilə, zərər yetirməzlər Allaha şeynən onlar üçün əzab ələmli.
A.Mehdiyev və D.Cəfərli:
H?qiq?t?n kufru iman? verm?k bahas?na (sat?n) alan k?sl?r, Allaha ?sla bir ziyan vurmurlar v? onlar ucun agr?l? bir ?zab vard?r.
Kövsər Tağıyev:
İman qarşılığında küfrü satın alanlar Allaha heç bir zərər yetirə bilməzlər. Onlar üçün ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, imanı verib küfrü satın alanlar Allaha heç bir ziyan vura bilməzlər. Onlar üçün üzücü əzab vardır.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, iman [verib] əvəzində küfrü [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməyi] satın alan kəslər, Allaha heç bir surətdə qətiyyən zərər verməzlər. onlar üçün çox ağrılı bir əzab var.