Əlixan Musayev:
Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?” (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.
Bünyadov-Məmmədəliyev:
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır!”
Elmir Quliyev
:
Они поклоняются наряду с Аллахом тому, что не причиняет им вреда и не приносит им пользы. Они говорят: "Они — наши заступники перед Аллахом". Скажи: "Разве вы можете поведать Аллаху такое на небесах и на земле, чего бы Он не знал?" Пречист Он и превыше тех, кого вы приобщаете в сотоварищи.
Ələddin Sultanov:
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar, Allah dərgahında bizim şəfaətçilərimizdir!” - deyirlər. De ki: “ Siz Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah onların şərik qoşduğu şeylərdən uzaq və ucadır!”
Kerbelayi Malik ağa:
Onlara fayda və zərər verməyən Allahdan başqa şeylərə (bütlərə) qulluq (ibadət) edirlər. ‘Bunlar Allahın dərgahında bizim şəfaətçilərimizdir.’ deyirlər. De ki: ‘Yer üzündə və səmalarda bilmədiyi bir şeyi Allaha xəbərmi verirsiniz?’ O, Sübhandır, onların ortaq qoşduğu şeylərdən ucadır.
Ələsgər Musayev:
Allahdan başqalarına ibadət edirlər ki, onlara zərər və
mənfəət yetirə bilməzlər və deyirlər: «Bunlar Allah yanında
bizə şəfaət edəndirlər!» De: «Ə, xəbər verirsiniz Allaha ki,
bilmir nə ilə ki, səmalarda və ərzdə var? O Sübhandır və Alidir
nədən ki, Ona şərik qoşurlar!»
A.Mehdiyev və D.Cəfərli:
Onlar Allahın yerinə onlara nə bir zərər yetirən və nə də bir mənfəət verən şeylərə ibadət edir və «bunlar Allah yanında bizim şəfaətçilərimizdir» deyirlər. De: «Allaha nə göylərdə və nə də yerdə (guya) xəbəri olmayan bir şeydən xəbər verirsiniz?! O, şərik qoşduqları şeydən pak və ucadır».
Kövsər Tağıyev:
Onlar Allahı qoyub nə özlərinə bir zərər verən, nə də bir fayda verən şeylərə ibadət edir və: “Bunlar Allah qatında bizim şəfaətçilərimizdir”, – deyirlər. De ki: “Siz Allaha göylərdə və yerdə Onun bilmədiyi bir şeyi xəbər verirsiniz? O, onların şərik qoşduqları şeylərdən uzaqdır, ucadır”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Allahı qoyub özlərinə nə zərəri, nə də xeyri dəyənlərə ibadət edərək deyərlər: "Bunlar Allah dərgahında bizə havadar olacaqlar". De: "Məgər siz Allaha göylərdə və yerdə Onun bilmədiyi şeylər haqqındamı xəbər verirsiniz? "O, onların Ona qoşduqları şəriklərdən uzaqdır və yüksəkdədir.
Sabirə Dünyamalıyeva:
Onlar, Allahın altındakılardan, özlərinə zərər verməyən və özlərinə fayda da verməyən şeylərə ibadət edir və "Bunlar Allah dərgahında bizim köməkçilərimiz/dəstəkçilərimizdir" deyirlər. De ki: "Siz Allaha göylərdə və yerdə Özünün bilmədiyi bir şeyimi xəbər verirsiniz?" Allah onların qoşduqları şəriklərin hamısından pakdır və çox ucadır.