Əlixan Musayev:
Rəbbini inkar edənlərin məsəli – onların əməlləri, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur.
Bünyadov-Məmmədəliyev:
Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı gülə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq! (Doğru yoldan uzaq düşməyin aqibəti belədir. Bir də haqq yola qayıtmaq çətindir!)
Elmir Quliyev
:
Деяния тех, кто не уверовал в своего Господа, подобны пеплу, над которым пронесся сильный ветер в бурный день. Они не смогут распоряжаться ничем из того, что приобрели. Это и есть глубокое заблуждение.
Ələddin Sultanov:
Rəbbini inkar edənlərin əməlləri, fırtınalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar qazandıqlarından heç bir şey əldə edə bilməzlər. (Haqdan) uzaq zəlalət məhz budur!
Kerbelayi Malik ağa:
Rəblərini inkar edənlərin əməllərinin məsəli- fırtınalı bir gündə şiddətli küləyin sovurduğu kül kimidir. Qazandıqlarından bir şeyə qadir ola bilməzlər. Məhz bu ‘uzaq dəlalət’dir.
Ələsgər Musayev:
Məsəli o kəslərin ki, kafir oldular Rəblərinə, əməlləri kül
kimidir ki, küləkli gündə şiddətli yel əsərək aradan aparar.
Qadir olmazlar kəsb etdikləri əməllərdən bir şey əldə etməyə.
Budur uzaq zəlalət!
A.Mehdiyev və D.Cəfərli:
Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və hamısı sovrulub dağılmış) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (dünyəvi nəticələr, mənəvi təsirlər və axirət mükafatları) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət!
Kövsər Tağıyev:
Rəblərini inkar edənlərin halı belədir: Onların əməlləri fırtınalı bir gündə küləyin şiddətlə sovurduğu kül kimidir. (Dünyada) qazandıqları heç bir şeyin (axirətdə) faydasını görməzlər. Bax bu, dərin zəlalətdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Öz Rəbbinə inanmayanların məsəli (belədir); onların əməlləri tufanlı bir gündə üzərinə şiddətli külək əsən külə bənzər. Onlar qazandıqları şeylərdən heç nə əldə edə bilməzlər. (Haqdan) dönüb uzaq düşmək bax budur!
Sabirə Dünyamalıyeva:
Kafirlərin [Rəbbini bilə-bilə inkar edən/inanmayan kəslərin] insanların halı, onların əməlləri eynilə fırtınalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyər. Qazandıqlarından heç bir şeyi əldə saxlaya bilməzlər. Bax bu, uzaq azğınlığın məhz özüdür.