Hicr Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ancaq (şeytanlardan) kim (göy əhlinin danışıqlarına) xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.
Bünyadov-Məmmədəliyev:
Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (məşəl) təqib edər (və üstünə düşüb yandırar).
Elmir Quliyev :
А если он станет подслушивать украдкой, то за ним последует яркий светоч.
Ələddin Sultanov:
Ancaq xəlvətcə qulaq asanlar istisnadır. Onu da dərhal yandırıb-yaxan bir ulduz təqib edər.
Kerbelayi Malik ağa:
Ancaq kim xəlvətcə qulaq assa, o zaman onu görünən yandırıcı bir atəş parçası təqib edər.
Ələsgər Musayev:
Ancaq kim istəsə qulaq asmaq, aşkar od şöləsi onu təqib edər.
A.Mehdiyev və D.Cəfərli:
Gizlicə qulaq asan istisna olmaqla ki, onu aydın bir şölə təqib edər.
Kövsər Tağıyev:
Ancaq gizlicə qulaq asıb söz oğurluğu edən olarsa, onu da parlaq bir atəş təqib edər.
M.Qənioğlu və T.Bilaloğlu:
Lakin (şeytanlardan) kimsə (qeyb söhbətlərinə) xəlvətcə qulaq asmaq istəsə, onda onu aydın axan bir ulduz izləyib (yandırar).
Sabirə Dünyamalıyeva:
az da olsa vəhyə qulaq asanlar, arxasından alov sütunu təqib edənlər/raketlərlə kosmosa gedənlər xaricində,