Əlixan Musayev:
Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!
Elmir Quliyev
:
Если вы станете считать милости Аллаха, то не пересчитаете их! Воистину, Аллах — Прощающий, Милосердный.
Ələddin Sultanov:
Əgər Allahın nemətlərini saysanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir.
Kerbelayi Malik ağa:
Əgər Allahın nemətlərini saysanız, onu hesablaya bilməzsiniz. Şübhəsiz ki, O, Ğafurdur, Rəhimdir.
Ələsgər Musayev:
Əgər hesablamaq
istəsəniz Allahın nemətini, hesablaya bilməzsiniz onu.
Həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz (o ki, qaldı hamısının şükrünü yerinə yetirəsiniz). Şübhəsiz, Allah çox bağışlayan və mehribandır.
Kövsər Tağıyev:
Halbuki Allahın nemətini saymaq istəsəniz, saya bilməzsiniz. Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər siz Allahın nemətlərini saymaq istəsəniz, onu sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
Sabirə Dünyamalıyeva:
Və əgər Allahın nemətlərini sayası olsanız, onları sayıb qurtara bilməzsiniz. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və lütfü bol olandır, geniş mərhəmət sahibidir.