Əlixan Musayev:
Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik.
Bünyadov-Məmmədəliyev:
Biz göydən lazımi qədər yağmur endirdik və onu yerdə (dənizdə, çayda, göllərdə və quyularda) saxladıq. Biz, sözsüz ki, onu aparmağa da (yox etməyə də) qadirik!
Elmir Quliyev
:
Мы низвели с неба воду в меру и разместили ее на земле. Воистину, Мы способны увести ее.
Ələddin Sultanov:
Biz göydən kifayət qədər su endirdik və onu yer üzündə saxladıq. Əlbəttə, onu yox etməyə də qadirik.
Kerbelayi Malik ağa:
Biz səmadan müəyyən edilmiş miqdarda su endirdik. Beləcə onunla yer üzündə (göllər, çaylar, dənizlər) yaratdıq. Şübhəsiz ki, Biz onu yox etməyə qadirik.
Ələsgər Musayev:
Biz səmadan qədərincə su nazil etdik və sakin etdik onu
ərzdə və Biz onu aradan aparmağa qadirik.
A.Mehdiyev və D.Cəfərli:
Və göydən (yağış, qar və dolu şəklində) müəyyən miqdarda (yer və insanların layiq olduqarı qədər) su endirdik. Sonra onu yer(in dərinliklərin)də yerləşdirdik. Əlbəttə, Biz onun hamısını yox etməyə qadirik.
Kövsər Tağıyev:
Biz göydən qədərincə su endirdik, (istifadə etməyiniz üçün) onu yer üzündə saxladıq. Biz, əlbəttə ki, onu tamamilə yox etməyə də qadirik.
M.Qənioğlu və T.Bilaloğlu:
Göydən qədərincə su endirdik və onu yer üzündə yerbəyer etdik. Həqiqətən də Biz onu yox edib aparmağa da qadirik.
Sabirə Dünyamalıyeva:
Və Biz göydən müəyyən miqdarda su endirdik, sonra onu yer üzündə durultduq. Və şübhəsiz ki, Bizim, onu aradan qaldırmağa də həqiqətən gücümüz çatar.