Əlixan Musayev:
(Firon) dedi: “Biz səni körpə ikən (götürüb saxlayıb) boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?
Bünyadov-Məmmədəliyev:
(Musa Harunla Fironun yanına gedib bu sözləri deyəndən sonra Firon onu tanıyıb) dedi: “Biz səni körpə uşaq ikən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı?
Elmir Quliyev
:
Фараон сказал: "Разве мы не воспитывали тебя среди нас с младенческих лет? Разве ты не оставался среди нас многие годы своей жизни.
Ələddin Sultanov:
(Firon) dedi: “Biz səni körpə ikən himayəmizə götürüb böyütmədikmi? Sən illərlə aramızda yaşadın.
Kerbelayi Malik ağa:
‘Biz səni körpə ikən himayə edib böyütmədikmi? Ömrünün bir çox ilini bizimlə yaşamadınmı?’ dedi.
Ələsgər Musayev:
Dedi: «Ə, biz səni uşaqkən öz aramızda tərbiyə etmədikmi və sən ömrünün illərini bizim aramızda qaldın
A.Mehdiyev və D.Cəfərli:
Firon dedi: «Məgər biz səni uşaqlıq çağında öz yanımızda böyütmədikmi? Ömrünün neçə ilini bizim yanımızda qalmadınmı?»
Kövsər Tağıyev:
Firon belə dedi: “Biz səni kiçik bir uşaqkən götürüb aramızda böyütmədikmi? Sən ömrünün neçə ilini aramızda keçirdin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Firon dedi: "Məgər sən uşaq ikən biz səni öz içərimizdə tərbiyələndirib böyütmədik? Sən ömrünün bəzi illərini aramızda qalmadınmı?
Sabirə Dünyamalıyeva:
Firon: “Biz səni uşaq ikən, içimizdə tərbiyə etmədikmi? Həyatının bir çox illərini içimizdə qalmadınmı?