Ali-İmran Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah Özündən başqa tanrının ol-madığına şahidlik etdi, mələklər elm sahibləri (şahidlik etdilər). (Allah əbədi olaraq) ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir.
Bünyadov-Məmmədəliyev:
Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər elm sahibləri haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.
Elmir Quliyev :
Аллах засвидетельствовал, что нет божества, кроме Него, а также ангелы и обладающие знанием. Он поддерживает справедливость. Нет божества, кроме Него, Могущественного, Мудрого.
Ələddin Sultanov:
Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər elm sahibləri ədalətlə (buna şahidlik etdilər). O qüdrətli hikmət sahibindən başqa heç bir ilah yoxdur.
Kerbelayi Malik ağa:
Allah şahidlik etdi: ‘Şübhəsiz ki, Ondan başqa ilah yoxdur.’ Mələklər elm sahibləri ədalətlə (şahid oldular) ki, Ondan başqa ilah yoxdur, (O) Əzizdir, Hakimdir.
Ələsgər Musayev:
Şahiddir Allah Özü ki, yoxdur ilahi, ancaq Odur. mələklər əsas elm sahibləri, hansı ki, durarlar insaf ilə: yoxdur ilahi, ancaq Odur Əzizdir, Həkimdir!
A.Mehdiyev və D.Cəfərli:
Allah (?z?ld?n Oz elmi il?, dunyan? yaratd?qdan sonra Oz yarad?l?s qudr?ti il? v? daha sonra peyg?mb?rl?rin, ag?l?n v? s?mavi kitablar?n dili il?) ?dal?t? ?saslanaraq (v? isl?rini ?dal?t uz?rind? mohk?ml?ndir?r?k) Ondan basqa bir m?budun olmamas?na s?had?t verdi. H?mcinin m?l?kl?r v? elm sahibl?ri (d? s?had?t verdil?r). (B?li) Ondan basqa bir m?bud yoxdur. Yenilm?z qudr?t v? (xilq?t v? s?ri?td?) mohk?m yarad?l?s sahibidir.
Kövsər Tağıyev:
Allah, mələklər elm sahibləri Ondan başqa ilah olmadığına ədalətlə şahidlik etdilər. Ondan başqa ilah yoxdur. O, mütləq güc sahibidir, hökm hikmət sahibidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah haqqı bildirmək məqsədilə Özündən başqa heç bir tanrının olmadığına şahidlik etdi. Mələklər də, elm sahibləri qüdrət hikmət sahibi olan Allahdan başqa heç bir tanrının olmadığına şahidlik etdilər.
Sabirə Dünyamalıyeva:
Allah, təbiətdəki güclər/xəbərçi ayələr haqqaniyeti bərqərar edən elm sahibləri, həqiqətən Allahdan başqa heç bir məbud olmadığına şahidlik etdi. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandan, ən yaxşı qanun qoyandan başqa məbud deyə bir şey yoxdur.