Əlixan Musayev:
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir.
Bünyadov-Məmmədəliyev:
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!
Elmir Quliyev
:
Не отворачивай своего лица от людей из высокомерия и не шествуй по земле кичливо. Воистину, Аллах не любит всяких гордецов и бахвалов.
Ələddin Sultanov:
Təkəbbürlə insanlardan üzünü çevirmə və yer üzündə lovğalanaraq gəzmə! Şübhəsiz ki, Allah özündən razı və özünü tərifləyən kimsələrin heç birini sevməz.
Kerbelayi Malik ağa:
İnsanlardan (təkəbbürlənərək) üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə. Şübhəsiz ki, Allah özündən razını və özünü çox öyənlərin heç birini sevməz.
Ələsgər Musayev:
Insanlardan
təkəbbürlə üz çevirmə və ərzdə özündən razı halda gəzmə.
Həqiqətən, Allah sevməz külli özündən razı olanı və fəxr
edəni!
A.Mehdiyev və D.Cəfərli:
«Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz».
Kövsər Tağıyev:
“Xor görərək insanlardan üz çevirmə və yer üzündə lovğa-lovğa gəzmə. Çünki Allah heç bir kibrlənəni və qürrələnəni sevməz”.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsanlara (təkəbbürlə) üz turşudub ağız büzmə, yer üzündə lovğa- lovğa gəzib dolanma. Həqiqətən, Allah hər bir özündən razını, lovğalanıb fəxr edəni sevməz.
Sabirə Dünyamalıyeva:
Və insanlara ovurdunu şişirmə [təkəbbürlə onlardan üz döndərmə], qaşqabağını tökmə və yer üzündə lovğa-lovğa gəzib dolaşma. Şübhəsiz ki, Allah öyünən və övhama qapılanları sevməz.