Əlixan Musayev:
Allah aranızdan (camaatı cihaddan) çəkindirənləri və öz qardaşlarına: “Bizə qoşulun!”– deyənləri tanıyır. Onlar nadir hallarda döyüşə qatılırlar.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, Allah içərinizdən (cihada getməyinizə) mane olanları da, qardaşlarına: “Bizə tərəf gəlin! (Muhəmmədə qoşulub əbəs yerə özünüzü həlak etməyin!)” – deyənləri də tanıyır. Döyüşə onların ancaq azı gələr,
Elmir Quliyev
:
Аллах знает тех из вас, которые отвращают людей от участия в войне, и тех, которые говорят своим братьям: "Идите к нам!" Они принимают в войне ничтожное участие,
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah sizdən (döyüşə) mane olanları da, qardaşlarına: “Bizim yanımıza gəlin!” - deyənləri də tanıyır. Onların yalnız az bir hissəsi döyüşə gələr.
Kerbelayi Malik ağa:
Sizdən (yardıma) mane olanlara və qardaşlarına: ‘Bizə tərəf gəlin.’ deyənləri Allah bilirdi. Onların çox azı xaric, döyüşə gəlməzlər.
Ələsgər Musayev:
Bilir Allah
sizlərdən mane olanları və öz qardaşlarına deyənləri: «Bizə
tərəf gəlin!» Basqıya onların ancaq azı gələr,
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, Allah sizin içərinizdən (başqalarını), döyüşdən saxlayanları və öz (həmməslək) qardaşlarına «Bizə tərəf gəlin (döyüşə getməyin)» – deyənləri də tanıyır, döyüşə onların ancaq azı gələr.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah aranızdan savaşdan yayındıranları və qardaşlarına: “Bizə gəlin”, – deyənləri bilir. Sizə qatılmaqda xəsis davranaraq savaşa çox az gələrlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah içərinizdə maneçilik törədənləri və öz qardaşlarına: "Buraya, yanımıza gəlin!" - deyənləri yaxşı tanıyır. Onlardan çox azı döyüşə girir
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah, sizlərdən o mane olanları, təmbəllik edənləri və sizi qısqanaraq qardaşlarına: "Bizə tərəf gəlin!" deyənləri bilir. Və onlar çətinliyə [dözməyə] çox az gəlirlər. Sonra o qorxu gəlib yetişdikdə, sən onların, ölüm [qorxusundan] bayılan kəslər kimi gözləri hədəqəsindən çıxmış halda sənə baxdıqlarını gördün.