Yasin Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.
Bünyadov-Məmmədəliyev:
(Antakiyalılar) dedilər: “Biz sizdə bir nəhslik gördük. (Sizin ucbatınızdan bizi bədbəxtlik basdı, bizə uğursuzluq üz verdi. Gəlişinizlə aramıza nifaq düşdü, yurdumuzun bərəkəti çəkildi, yağışımız kəsildi). Həqiqətən, əgər (Allahın elçiləri olmaq iddianızdan) əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik bizdən sizə mütləq bir şiddətli əzab toxunacaqdır”.
Elmir Quliyev :
Они сказали: "Воистину, мы увидели в вас дурное предзнаменование. Если вы не прекратите, то мы непременно побьем вас камнями и вас коснутся мучительные страдания от нас".
Ələddin Sultanov:
Onlar (şəhər əhalisi): “Həqiqətən, biz sizdə bir uğursuzluq gördük. Əgər bu işdən vaz keçməzsəniz, and olsun ki, sizi daşqalaq edəcəyik bizdən sizə acı bir əzab toxunacaq”, - dedilər.
Kerbelayi Malik ağa:
‘Şübhəsiz ki, biz sizinlə uğursuzluğa uğradıq. Əgər siz həqiqətən əl çəkməsəniz, sizi mütləq daşqalaq edəcəyik. Mütləq bizdən sizə şiddətli bir əzab toxunacaq.’ dedilər.
Ələsgər Musayev:
Dedilər: «Həqiqətən, biz gördük sizdə pis quş! Əgər əl çəkməsəniz, biz sizi daşqalaq edərik sizə toxunar bizdən ələmli əzab».
A.Mehdiyev və D.Cəfərli:
Dedilər: «Biz siz(i görməy)i nəhs bildik (zərər ziyan yetişməsinin bir əlaməti hesab edirik), şübhəsiz əgər dediklərinizdən əl çəkməsəniz, mütləq sizi daşqalaq edəcəyik. Bizim tərəfimizdən sizə mütləq ağrılı bir əzab yetişəcəkdir».
Kövsər Tağıyev:
“Bizim öhdəmizə düşən sadəcə açıq-aşkar təbliğdir”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar dedilər: "Biz sizdə nəhslik, bəd əlamət gördük! Əgər (bu işdən) vaz keçməsəniz, sizi daş-qalaq edərik bizdən sizə üzücü bir əzab toxunar."
Sabirə Dünyamalıyeva:
O şəhərin əhalisi dedi ki: "Şübhəsiz ki, bizə sizin ucbatınızdan nəhslik üz verdi. Əgər [bu işdən] əl çəkməsəniz, and olsun ki, sizi daşqalaq edərək öldürərik həqiqətən bizdən sizə çox şiddətli bir əzab gələr."