Əlixan Musayev:
Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.
Bünyadov-Məmmədəliyev:
Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!
Elmir Quliyev
:
Но бесполезно покаяние для тех, кто совершает злодеяния, а когда к нему приходит смерть, то говорит: "Вот теперь я раскаиваюсь", — и для тех, кто умирает неверующим. Для них Мы приготовили мучительные страдания.
Ələddin Sultanov:
Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, - deyən kimsələrin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq.
Kerbelayi Malik ağa:
Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman ‘Həqiqətən mən indi tövbə etdim.’ deyən birinin tövbəsi tövbə deyildir. Kafir olaraq ölənlərin tövbəsi də (tövbə deyil). Onlar üçün ‘əlim əzab’ hazırladıq.
Ələsgər Musayev:
Və olmaz qayıtmaları qəbul o
kəslərin ki, pis əməllər edirlər, ta onda ki, onlardan birinə ölüm
yetişir, onda deyir: « Qayıdıram indi!» və o kəslər ki, ölürlər
kafir halda. Həmin onlar üçün hazırlamışıq ələmli əzab!
A.Mehdiyev və D.Cəfərli:
Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır.
Kövsər Tağıyev:
Yoxsa (məqbul) tövbə pis əməllər (günahlar) edib, ölüm gəlib çatdığı zaman “Mən indi tövbə etdim” deyən kimsələr ilə kafir olaraq ölənlərinki deyil. Bunlar üçün axirətdə ağrılı-acılı bir əzab hazırlamışıq.
M.Qənioğlu və T.Bilaloğlu:
Yoxsa, pis əməllər tutub da özlərində bir kəsə ölüm gəlib çatanda “mən indi tövbə etdim” deyənlər ilə, kafir qalaraq ölənlər üçün (qəbul ediləcək) tövbə yoxdur. Onlar üçün üzücü bir əzab hazırlamışıq.
Sabirə Dünyamalıyeva:
18) Və tövbə, elə hey pislik edib, [sonra] onlardan birinə ölüm gəlib yetişdikdə "Mən indi həqiqətən tövbə etdim" deyənlər və kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən] olaraq ölənlər üçün deyil. Bax onlar üçün Biz ağrılı bir əzab hazırlamışıq.