Əlixan Musayev:
Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın.
Bünyadov-Məmmədəliyev:
Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!
Elmir Quliyev
:
Какое бы слово он ни произнес, при нем всегда готовый наблюдатель.
Ələddin Sultanov:
O nə desə, mütləq yanında hazır durub ona nəzarət edərlər (yazarlar).
Kerbelayi Malik ağa:
Elə bir söz yoxdur ki, onun yanında hazır gözətçilər (tərəfindən qeyd edilmiş) olmasın.
Ələsgər Musayev:
Nə ki, dediyi sözdən, ancaq yanındadır onun rəqib, hazırdır gözətçilər!
A.Mehdiyev və D.Cəfərli:
Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın.
Kövsər Tağıyev:
İnsan elə bir söz söyləməz ki, onun yanında (etdiklərini) görən (və qeyd edən) hazır bir mələk olmasın.
M.Qənioğlu və T.Bilaloğlu:
(İnsanın) ağzından bir söz çıxar-çıxmaz hazır durmuş gözətçi (mələk) yanını kəsdirər.
Sabirə Dünyamalıyeva:
onun hər işini qeydə alarkən, insan, yanında hazır nəzarətçi olmadan heç bir söz deyə bilməz.