Əlixan Musayev:
Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Ona da and içəcək və nə isə əldə etdiklərini güman edəcəklər. Əslində, onlar əsl yalançılardır.
Bünyadov-Məmmədəliyev:
Allah onların hamısını dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri kimi, Allaha da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar!
Elmir Quliyev
:
В тот день, когда Аллах воскресит их всех, они станут клясться перед Ним, подобно тому, как клянутся перед вами, полагая, что это поможет им. Воистину, они — лжецы.
Ələddin Sultanov:
O gün Allah onların hamısını dirildəcək, sizə and içdikləri kimi Ona da and içəcəklər və özlərinin bir şeyə (həqiqətə) əsaslandıqlarını zənn edəcəklər. Bilin ki, onlar əsil yalançılardır.
Kerbelayi Malik ağa:
O gün Allah hamısını yenidən dirildəcək. O zaman sizə and içdikləri kimi Ona da and içəcəklər. Özlərinin bir şey üzərində (elmli, elm üzərində) olduqlarını güman edirlər. Həqiqətən onlar yalançı deyilmi?
Ələsgər Musayev:
O gün Allah qaldıracaq
onları cəmiyyən. Və onlar Onun üçün and içərlər, nə qədər,
sizin üçün and içmişdilər və hesab edərlər ki, onlar
üzərindədirlər şeyin. Ə, məgər yoxmu? Həqiqətən, onlar
yalançıdırlar!
A.Mehdiyev və D.Cəfərli:
Allah onların hamısını dirildəcəyi ğün (orada da müsəlmanlıqlarını isbat etmək üçün) Allaha and içəcəklər, necə ki, (dünyada) sizin üçün and içirlər və bununla özlərinin bir şeydə olduqlarını ğüman edərlər (nifaqlarını möhkəm bir özül bilirlər). Agah ol ki, onlar həmin yalançılardır.
Kövsər Tağıyev:
Allahın onların hamısını birdən dirildəcəyi, onların da (özlərini xilas edəcək) bir iş gördüklərini zənn edərək sizə and verdikləri kimi Allaha and verəcəkləri günü düşün! Yaxşı bilin ki, onlar məhz yalançılardır.
M.Qənioğlu və T.Bilaloğlu:
O gün Allah onların hamısını dirildəcək və onlar sizə and içdikləri kimi Ona da and içəcəklər və nəsə qazanacaqlarını zənn edəcəklər. Yaxşı bilinməlidir ki, onlar yalançıdırlar.
Sabirə Dünyamalıyeva:
Allah onların hamısını dirildəcəyi gün, sizə and içdikləri kimi, Ona da and içəcəklər və özlərinin bir şeyin üstündə [bir şeydə] olduqlarını güman edəcəklər. Gözünüzü açın! Şübhəsiz ki, onlar, əsl yalançıdırlar.