Ənam Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır.
Bünyadov-Məmmədəliyev:
O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!
Elmir Quliyev :
Он Одолевающий и находится над Своими рабами. Он Мудрый, Ведающий.
Ələddin Sultanov:
O, bəndələri üzərində tam hakimiyyət sahibidir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır.
Kerbelayi Malik ağa:
O, qullarının üstündə Qəhhardır (yeganə qalib) O, Hakimdir (hökm hikmət sahibi), hər şeydən xəbərdardır (Xəbirdir).
Ələsgər Musayev:
O mütləq hakimdir bəndələri üzərində O Həkimdir, Xəbirdir!
A.Mehdiyev və D.Cəfərli:
Odur bəndələri üzərində hakim qalib Odur (bəndələrin işlərinin idarəsində) hikmətli (onların zahir batinlərindən) xəbərdar!
Kövsər Tağıyev:
O, qulları üzərində mütləq hakimiyyət sahibidir. O, hökm hikmət sahibidir, (hər şeydən) haqqı ilə xəbərdardır.
M.Qənioğlu və T.Bilaloğlu:
O, Öz qulları üzərində qüdrət sahibidir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır.
Sabirə Dünyamalıyeva:
O, qullarının üstündə/daha üstün olaraq, üsyan edən kəsləri qəhr edəndir. O, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir, hər şeyin üzünü/gizli tərəflərini yaxşı biləndir.