Əlixan Musayev:
(Müşriklərdən )əvvəlkilər də bunu yalançı hesab etmişdilər. (Görəydin) Mənim inkar etməyim necə oldu!
Bünyadov-Məmmədəliyev:
Onlardan (Məkkə müşriklərindən) əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər. (Ya Peyğəmbər! Bir görəydin) Mənim onları cəzalandırmağım (inkar etməyim) necə oldu.
Elmir Quliyev
:
Жившие до них сочли это ложью. Каким же было Мое обличение!
Ələddin Sultanov:
Həqiqətən, onlardan əvvəlkilər də (peyğəmbərləri) yalanlamışdılar. Bəs Mənim inkar (məhv) etməyim necə oldu?!
Kerbelayi Malik ağa:
And olsun ki, onlardan əvvəlkilər də yalanladılar. O zaman əzabım necə oldu?
Ələsgər Musayev:
Əlbəttə, yalan saydılar o kəslər ki, onlardan
qabaq var idilər və necə oldu Mənim inkar etməyim?!
A.Mehdiyev və D.Cəfərli:
Bunlardan (Məkkə müşriklərindən) öncəkilər də (Bizim peyğəmbərimizi) təkzib etmişdilər, Bizim onlara qarşılığımız və cəzamız necə idi?!
Kövsər Tağıyev:
And olsun, onlardan əvvəlkilər də inkar etmişdi. Məni inkar etməyin axırı necə oldu?!
M.Qənioğlu və T.Bilaloğlu:
Onlardan əvvəlkilər də (peyğəmbərləri) yalançı hesab etmişdilər. Gör (onlara) qəzəbim necə oldu!
Sabirə Dünyamalıyeva:
Və and olsun, onlardan əvvəlkilər də yalan hesab etdilər. Yaxşı, Məni tanımamağın/tanıtmamağa çalışmağın [nəticəsi] necə oldu?