Müddəssir Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Çünki o, fikirləşərək qərara gəldi.
Bünyadov-Məmmədəliyev:
O (Quran barəsində) fikirləşdi (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.
Elmir Quliyev :
Он подумал и рассчитал.
Ələddin Sultanov:
Həqiqətən, o, fikirləşib qərar verdi.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, o, (Quran haqqında) təfəkkür etdi (düşündü) qərar verdi.
Ələsgər Musayev:
Həqiqətən, o fikirləşdi qədərini hesabladı.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, o, (Qur’an barəsində) fikirləşdi, ölçdü biçdi.
Kövsər Tağıyev:
Çünki o, düşündü ölçdü-biçdi.
M.Qənioğlu və T.Bilaloğlu:
O fikirləşdi ölçüb biçdi.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz ki, o, fikirləşdi ölçdü-biçdi.