Əlixan Musayev:
Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
Bünyadov-Məmmədəliyev:
Bəli, sən nə bilirsən ki, haqq-hesab günü nədir?! (Qiyamət gününün dəhşətini təsəvvür etmək insanın imkanı xaricindədir. Cəhənnəm əzabının şiddəti hər bir təsəvvürün fövqündədir. Ondan xilas olmaq üçün yalnız bir yol vardır – Allaha səmimi-qəlbdən ibadət və itaət!)
Elmir Quliyev
:
Да, откуда ты мог знать, что такое День воздаяния?
Ələddin Sultanov:
Bəli, sən haradan biləsən ki, haqq-hesab günü nədir?!
Kerbelayi Malik ağa:
Sonra (bəli), din gününün nə olduğunu sənə bildirən nədir?
Ələsgər Musayev:
Sonra nə idrak sahibisən,
nədir din günü?
A.Mehdiyev və D.Cəfərli:
Yenə də sən nə bilirsən ki, cəza günü nədir?!
Kövsər Tağıyev:
Bəli, hesab və cəza gününün nə olduğunu sən nə biləsən?
M.Qənioğlu və T.Bilaloğlu:
Axı haqq-hesab gününün nə olduğunu sən haradan biləsən?!
Sabirə Dünyamalıyeva:
Sonra bir dəfə daha, Din gününün nə olduğunu sənə nə xəbər verdi?