Mutəffifin Surəsi 18. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!
Bünyadov-Məmmədəliyev:
Xeyr! (Möminlərlə kafirlər eyni ola bilməzlər). Şübhəsiz ki, yaxşı əməl itaət sahibi olan möminlərin əməl dəftəri (Allahın ən müxlis bəndələrinin əməlləri yazıldığı ya Cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyundadır!
Elmir Quliyev :
Но нет! Книга благочестивых окажется в Иллийюне.
Ələddin Sultanov:
Xeyr! Şübhəsiz ki, yaxşı əməl sahiblərinin əməl dəftəri İlliyyundadır!
Kerbelayi Malik ağa:
Xeyr, şübhəsiz ki, əbrar olanların (hidayətdə olanların) kitabları əlbəttə iliyyundadır (zəmin qatdan 7 qat yuxarıda olan birinci aləmdəki qədər hücrələrindədir).
Ələsgər Musayev:
Belə deyil! Həqiqətən, kitabı yaxşı əməl sahiblərinin Illiyyundadır.
A.Mehdiyev və D.Cəfərli:
Belə deyildir (hesab kitabsız deyil), həqiqətən, yaxşı əməl sahiblərinin mükafat əməl dəftəri «İlliyyin»dədir.
Kövsər Tağıyev:
Xeyr (güman etdikləri kimi deyil!), yaxşıların yazısı İlliyyundadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Xeyr! Sadiq möminlərin (əməl) yazısı isə, həqiqətən İlliyundadır.
Sabirə Dünyamalıyeva:
Qətiyyən onların düşündüyü kimi deyil! "Əbrarın"/yaxşı adamların qeydiyyatı, həqiqətən İlliyyindədir.