Əlixan Musayev:
Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.
Bünyadov-Məmmədəliyev:
Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri (əziz sözündən Uzza, Allah sözündən əl-Lat, mənnan sözündən Mənat kimi adlar düzəldib haqq yoldan azanları) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!
Elmir Quliyev
:
У Аллаха — самые прекрасные имена. Посему взывайте к Нему посредством их и оставьте тех, которые уклоняются от истины в отношении Его имен. Они непременно получат воздаяние за то, что совершали.
Ələddin Sultanov:
Ən gözəl adlar (əsmayi-hüsna) Allaha məxsusdur. Elə isə Ona bu adlarla dua edin! Onun adları barəsində əyri yolu tutanları isə tərk edin! Onlar etdikləri əməllərə görə cəzalandırılacaqlar.
Kerbelayi Malik ağa:
Ən gözəl adlar Allahındır, artıq Ona onunla (əsmaları ilə) dua edin! Allahın adlarının (mənasını) sapdıranları tərk et! Etdiklərinə görə yaxında cəzalandırılacaqlar.
Ələsgər Musayev:
Allah üçündür yaxşı adlar və onunla çağırın Onu. O kəslər ki, Onun adları barəsində hədlərini aşırlar, onları tərk edin ki, nə əməl ediblər, ona görə də onlara cəza olacaq!
A.Mehdiyev və D.Cəfərli:
(Mənalarının gözəlliyi və məfhumlarının ucalığı baxımından) ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır).
Kövsər Tağıyev:
Ən gözəl isimlər Allahındır. Ona o gözəl isimləri ilə dua edin və Onun isimləri haqqındakı həqiqəti təhrif edənləri tərk edin. Onlar etdiklərinin cəzasını çəkəcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Allahın gözəl adları vardır, Onu bunlarla çağırın və onun adları barəsində küfr edənləri tərk edin! Onlar tutduqları əmələ görə cəzalanacaqlar.
Sabirə Dünyamalıyeva:
Və ən gözəl adlar Allahındır. Elə isə, Onu onlarla çağırın. Onun adları barəsində doğru yoldan çıxanları da tərk edin. Onlar, işləməkdə olduqları əməlin əvəzini tezliklə görəcəklər.