Əlixan Musayev:
Yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, haqq ilə doğru yola aparır və bunun sayəsində ədalətlə hökm edirlər.
Bünyadov-Məmmədəliyev:
Yaratdıqlarımız içərisində bir zümrə də vardır ki, onlar insanları haqq yola aparır, (haqqı rəhbər tutaraq onlar arasında) ədalətlə hökm edirlər.
Elmir Quliyev
:
Среди Наших творений есть община, которая истинно указывает путь и устанавливает справедливость.
Ələddin Sultanov:
Yaratdıqlarımız içində elə bir zümrə də var ki, onlar haqq yola yönəldir və onun sayəsində ədalətli davranırlar.
Kerbelayi Malik ağa:
Yaratdıqlarımızdan bir ümmət vardır ki, Haqqa (Allaha) hidayət edərlər və onunla ədalətlə hökm edərlər.
Ələsgər Musayev:
O kəslərdən ki, xəlq etmişik, ümmət – hidayət edir haqq ilə və onunla ədalətlidir.
A.Mehdiyev və D.Cəfərli:
Yaratdıqlarımız içərisində (insanları) haqq (danışıq və əməl) ilə hidayət edən və haqqa əsaslanaraq hökm çıxarıb ədalətli olan bir dəstə vardır. (Bu surənin 159-cu ayəsinə müraciət edin.)
Kövsər Tağıyev:
Yaratdıqlarımızdan haqqa sarılaraq doğru yolu göstərən və onunla ədaləti bərqərar edən bir ümmət var.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizim yaratdıqlarımız içərisində elə bir ümmət də vardır ki, onlar haqq yola aparır və bununla ədaləti gözləmiş olurlar.
Sabirə Dünyamalıyeva:
Yenə bizim əmələ gətirdiklərimizdən, haqqa yönlədən, haqq və ədalətlə hökm verən bir tayfa var.