Əlixan Musayev:
Ayələrimizi yalan sayan-ları, özlərinin də bilməyəcəkləri bir yerdən tədricən tovlayıb (məhvə) aparacağıq.
Bünyadov-Məmmədəliyev:
Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!
Elmir Quliyev
:
А тех, которые считают ложью Наши знамения, Мы завлечем так, что они даже не узнают этого.
Ələddin Sultanov:
Ayələrimizi yalanlayanları heç bilmədikləri bir yerdən yavaş-yavaş (məhvə doğru) aparacağıq.
Kerbelayi Malik ağa:
Ayələrimizi yalanlayanları, onların dərəcələrini bilməyəcəkləri bir yerdən yavaş-yavaş azaldacağıq (beləcə yavaş-yavaş həlaka yaxınlaşdıracağıq).
Ələsgər Musayev:
O kəslər ki, yalan saydılar ayətlərimizlə Bizi, tədric edərik onları haradan, bilməzlər.
A.Mehdiyev və D.Cəfərli:
Bizim ayələrimizi təkzib edənləri tezliklə tədricən bilmədikləri yerdən (dünya həlakəti və axirət əzabı ilə) yaxalayacağıq.
Kövsər Tağıyev:
Ayələrimizi yalan sayanlara gəlincə, biz onları bilməyəcəkləri bir yerdən yavaş-yavaş fəlakətə sürükləyəcəyik.
M.Qənioğlu və T.Bilaloğlu:
Ayələrimizi yalan hesab edənləri, haradan (gəldiyini) heç özləri də bilmədən, tədricən (əzaba) salacağıq.
Sabirə Dünyamalıyeva:
Və ayələrimizi yalan sayanları, özlərinin bilməyəcəkləri bir istiqamətdən, tədircən, yavaş yavaş dəyişikliyə/məhvə yaxınlaşdıracağıq.