Əlixan Musayev:
Ey iman gətirənlər! Siz-dən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə (pis əməllərdən) çəkinəsiniz.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!
Elmir Quliyev
:
О те, которые уверовали! Вам предписан пост , подобно тому, как он был предписан вашим предшественникам, — быть может, вы устрашитесь.
Ələddin Sultanov:
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz buyurulduğu kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz!
Kerbelayi Malik ağa:
Ey amənu olanlar! Oruc sizdən əvvəlkilərin üzərinə yazıldığı (fərz qılındığı) kimi sizin üzərinizə də yazıldı (fərz qılındı). Ümid edilər ki, beləcə siz təqva sahibi olarsınız.
Ələsgər Musayev:
Ay o kəslər ki,
inanırsınız! Yazıldı üzərinizə sizin oruc nə qədər yazıldı
üzərinə o kəslərin ki sizdən qabaq var idilər ola ki, siz təqvalı
olasınız!
A.Mehdiyev və D.Cəfərli:
Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz.
Kövsər Tağıyev:
Ey iman edənlər! Allaha qarşı gəlməkdən çəkinməniz üçün oruc sizdən əvvəlkilərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər ! Sizdən əvvəlkilərə fərz qılındığı kimi sizə də oruc tutmaq fərz qılınmışdır ki, bəlkə Allahdan qorxasınız.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kimseler! Karşılıklı, beraberce oruç tutmak Allah'ın koruması altına giresiniz diye, sizden öncekilere, size de farz kılındı.