Əraf Surəsi 184. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər fikirləşmirlərmi? Onların yoldaşında heç bir dəlilik yoxdur. O ancaq qorxudan bəyan edən (bir Peyğəmbərdir.)
Bünyadov-Məmmədəliyev:
Məgər (islamı qəbul etməli olan kəslər) düşünmürlərmi ki, onların yoldaşında (Peyğəmbərdə) hər bir cünunluq (dəlilik) əsər-əlaməti yoxdur? O ancaq (kafirlərə Allahın əzabı gələcəyini) açıq-aydın xəbər verib qorxudandır!
Elmir Quliyev :
Неужели они не размышляют? Их товарищ не является бесноватым. Он не кто иной, как разъясняющий и предостерегающий увещеватель.
Ələddin Sultanov:
Düşünmürlərmi ki, yoldaşlarında (Mühəmməd peyğəmbərdə) heç bir dəlilik (əlaməti) yoxdur? O ancaq açıq bir şəkildə xəbərdar edəndir.
Kerbelayi Malik ağa:
Onların sahibində heç bir cinnət (dəlilik) olmadığını təfəkkür etmirlərmi? O, ancaq açıq-aşkar bir nəzirdir.
Ələsgər Musayev:
Ə, ya fikirləşmirlər ki, yoxdur sahiblərilə onların cünunluqdan? Əgər, o, ancaq aşkar nəzərə çatdırandır.
A.Mehdiyev və D.Cəfərli:
Məgər fikirləş(ib gör)mədilərmi ki, onların yoldaş yurddaşlarında (Muhəmməddə - səllallahu əleyhi alihi səlləm) heç bir dəlilik yoxdur? O yalnız aşkar bir qorxudandır.
Kövsər Tağıyev:
Onlar düşünmədilərmi ki, (çox yaxşı tanıdıqları, özləri ilə bir arada yaşamış) yoldaşlarında (Peyğəmbərdə) dəlilikdən əsər-əlamət yoxdur. O, ancaq açıq-aydın xəbərdar edəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Məgər onlar düşünüb-daşınmadılar ki, onların həmqəbiləsində [Məhəmməd peyğəmbərdə] dəli-divanəlikdən bir əlamət yoxdur? Həqiqətən o, ancaq aşkar xəbərdarlıq edəndir.
Sabirə Dünyamalıyeva:
onlar yoldaşlarında heç bir dəlilik/cinlilik olmadığını fikirləşmədilərmi? O, ancaq açıq-aşkar xəbərdarlıq edəndi.