Ali-İmran Surəsi 187. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz o (Kitabı )mütləq insanlara aydınlaşdıracaqsınız onu gizlətməyəcəksiniz!”– deyə buyurdu. Onlar isə bu əhdi qulaqardına vurub onu ucuz qiymətə satdılar. Onların bu alveri necə pisdir!
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Allah kitab əhlindən: “Siz onu (kitabda olanları) gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız!” deyə əhd aldığı zaman onlar bu əhdə arxa çevirdilər onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə pisdir!
Elmir Quliyev :
Вот Аллах взял завет с тех, кому было даровано Писание: "Вы обязательно будете разъяснять его людям и не будете скрывать его". Но они бросили его за спины и продали его за ничтожную цену. Как же скверно то, что они приобретают!
Ələddin Sultanov:
Bir zaman Allah kitab verilənlərdən: “Onu mütləq insanlara açıqlayacaq gizlətməyəcəksiniz!” deyə əhd almışdı. Onlar isə bunu qulaqardına vurdular onu az bir qiymətə satdılar (dəyişdirdilər). Onların alış-verişi necə pisdir!
Kerbelayi Malik ağa:
Allah kitab verilənlərdən ‘Onu mütləq insanlara açıqlayacaqsınız onu gizlətməyəcəksiniz.’ deyə misaq almışdı. Lakin ona (misaqa) arxa çevirdilər (sözlərini tutmadılar). Onu az bir dəyərə satdılar. Halbuki etdikləri alış-veriş pisdir.
Ələsgər Musayev:
Onda and götürdü Allah o kəslərdən ki,əta olunub kitab: «Bəyan edəcəksiniz onu insanlar üçün gizlətməyəcəksiniz onu!» Amma onlar buna arxa çevirdilər alver etdilər onunla çox az qiymətlə. Necə pis alver etdiklər!
A.Mehdiyev və D.Cəfərli:
V? (yada sal) o zaman(?) ki, Allah (s?mavi) kitab verilmis k?sl?rd?n «mutl?q, g?r?k onu(n h?qiq?tl?rini) insanlara ac?qlayas?n?z v? gizl?tm?y?siniz!» dey? ?hd-peyman ald?. Bel? olan halda onlar onu (h?min kitab? v? ?hd-peyman?) arxalar?na atd?lar (ona goz yumdular) v? onun muqabilind? az bir qazanc ?ld? etdil?r. Buna gor? d?, onlar?n h?mis? ?ld? etdikl?ri sey n? q?d?r d? pis bir seydir.
Kövsər Tağıyev:
Bir vaxt Allah kitab verilənlərdən: “Onu (Kitabı) mütləq insanlara açıqlayacaq, onu gizlətməyəcəksiniz”, deyə möhkəm bir söz almışdı. Lakin onlar verdikləri sözə əməl etməyib onu ucuz qiymətə dəyişdilər. Etdikləri bu alış-veriş pisdir!
M.Qənioğlu və T.Bilaloğlu:
Bir zaman Allah Kitab bəxş olunanlardan əhd-peyman aldı: "Siz bunu mütləq insanlara bildirin gizlətməyin!" Onlar isə onu arxalarına tulladılar ucuz qiymətə satdılar. Onların alış-verişi necə pisdir!
Sabirə Dünyamalıyeva:
o vaxt Allah, Kitab verilmiş kimsələrdən möhkəm əhd almışdı: "Kitabı mütləq insanların önünə açıq-aşkar qoyacaqsınız, onu gizlətməyəcəksiniz." Onlar isə onu arxalarına atdılar onu az bir qiymət müqabilində satdılar. Gör, satın aldıqları şeylər necə pisdir!