Ali-İmran Surəsi 188. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Törətdikləri əməllərdən fərəhlənən etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Etdikləri əməllərə görə sevinən görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!
Elmir Quliyev :
Не думай же, что те, которые радуются своим поступкам и любят, чтобы их хвалили за то, чего они не совершали, спасутся от мучений. Им уготованы мучительные страдания.
Ələddin Sultanov:
Etdiklərinə görə sevinən görmədikləri işlərə görə təriflənməyi sevənlərin əzabdan xilas olacaqlarını sanma! Onlar üçün şiddətli bir əzab vardır.
Kerbelayi Malik ağa:
(Kitab Əhlindən olub Kitabdandır deyərək) gətirdikləri şey ilə (doğruyu gizlədib, gerçəyi açıqlamayaraq etdikləri ilə) fərəhlənən (sevinən) kimsələr etmədikləri ilə təriflənməyi sevən kimsələr ki, bundan sonra onların əzabdan xilas olacaqlarını əsla güman etmə. Onlar üçün ‘əlim əzab’ vardır.
Ələsgər Musayev:
Hesab etməyin o kəslər ki, fərəhlənirlər ilə ki, əta ediblər sevirlər ki, təriflənələr ilə ki, fəaliyyət etməyiblər. Hesab etməyin onların əzabdan azad olacaqlarını. Onlar üçün ələmli əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Guman etm? ki, (s?mavi kitab?n ay?l?rini gizl?tm?k v? camaat? Islamdan uzaqlasd?rmaq kimi) ?m?ll?rin? sevin?n v? etm?dikl?ri seyl?r? gor? m?dh olunmag? sev?n k?sl?r, b?li guman etm? ki, onlar ?zabdan qurtulacaqlar. Onlar ucun agr?l? bir ?zab vard?r.
Kövsər Tağıyev:
Etdikləri ilə sevinən etmədikləri şeylərə görə təriflənməyi sevən kimsələrin əzabdan qurtulacaqlarını sanma. Onlar üçün ağrılı-acılı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Etdikləri əməllərə görə qürrələnib fərəhlənənlərin etmədikləri işlərə görə təriflənməyi sevənlərin əzabdan yaxa qurtara biləcəklərini əsla güman etmə! Onlar üçün üzücü əzab vardır.
Sabirə Dünyamalıyeva:
Etdikləri əməllərə görə sevinən görmədikləri işlərə görə təriflənmək istəyən kəsləri əsla hesaba alma! Elə bilmə ki, onlar əzabdan qurtula biləcəkləri bir yerdə olacaqlar! onlar üçün çox ağrılı bir əzab var.