Şüəra Surəsi 189. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar isə onu yalançı saydılar buna görə kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, onu (Şüeybi) təkzib etdilər buna görə buludlu günün (qızmar günəşdən sonra peyda olan qara buludun) əzabı onları yaxaladı. Həqiqətən, o, böyük (müdhiş) bir günün əzabı idi.
Elmir Quliyev :
Они сочли его лжецом, и их постигли мучения в день тени. Воистину, это были мучения в Великий день.
Ələddin Sultanov:
Beləcə, onu təkzib etdilər. Buna görə kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi. (Çox isti keçən günlərdən sonra kölgə salan buludlar ortaya çıxmış Şüeyb peyğəmbərin qövmü bu buludların kölgəsinə sığınmışdı. Allah buludlardan od yağdıraraq onları yandırıb cəzalandırmışdı.)
Kerbelayi Malik ağa:
Beləcə onu yalanladılar. Bunun üzərinə ‘kölgəli günün əzabı’ onları yaxaladı. Şübhəsiz ki, o, əzim günün (böyük bir günün) əzabı idi.
Ələsgər Musayev:
Yalançı saydılar onu yaxaladı onları kölgəli günün əzabı. Həqiqətən o, əzəmətli günün əzabı idi.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, onu (Şüeybi) təkzib etdilər buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.
Kövsər Tağıyev:
Onlar Şüeybi təkzib etdilər kölgə gününün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar isə onu yalançı hesab etdilər qara buludlu günün əzabı onları yaxaladı. Bu, böyük günün əzabı idi.
Sabirə Dünyamalıyeva:
Buna görə də, onu yalan saydılar özlərini o kölgə gününün əzabı yaxaladı. Şübhəsiz ki, o, böyük bir günün əzabı idi.