Hud Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O kəslərə ki, (insanları) Allah yolundan sapdırır, onu əyri göstərməyə çalışır Axirəti inkar edirlər.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, (insanları) Allah yolundan döndərir, onu (yolu) əymək istəyirlər onlar, məhz onlar axirəti inkar edənlərdir.
Elmir Quliyev :
которые сбивают других с пути Аллаха, стремясь исказить его, и не веруют в Последнюю жизнь.
Ələddin Sultanov:
Onlar (insanları) Allah yolundan döndərən onu (haqq yolu) əyri göstərmək istəyən kəslərdir. Məhz onlar axirəti inkar edənlərdir.
Kerbelayi Malik ağa:
Onlar ki, Allahın yolundan sapdırarlar, onu əyib-bükmək istəyərlər (gerçək anlayışından uzaqlaşdırmaq istəyərlər). Onlar axirəti inkar edənlərdir
Ələsgər Musayev:
O kəslər ki, Allahın yoluna sədd çəkirlər o yolda əyrilik axtarırlar onlar axirətə inanmırlar!
A.Mehdiyev və D.Cəfərli:
O kəslər(ə) ki, (insanları) Allahın yolundan saxlayır onu əyri göstərirlər (yaxud ona əyri mətləblər daxil edirlər) o kəslər ki, axirət gününə olduqca kafirdirlər.
Kövsər Tağıyev:
Onlar (insanları) Allah yolundan yayındıran onu əyri təzadlı göstərmək istəyən kimsələrdir. Axirəti inkar edənlər məhz onlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
O kəslərə ki, onlar axirətə inanmayıb (insanları) Allah yolundan yayındırır onu əyri göstərməyə çalışırlar.
Sabirə Dünyamalıyeva:
Allah yolundan döndərməyə çalışan o yolu əyri-üyrü vəziyyətə salmaq istəyən axirətə inanmayan, bu səhv; öz zərərinə olan əməli işləyən kəslərə Allah lənət edəcək/onları Öz mərhəmətindən məhrum edəcək.