Yusif Surəsi 19. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Quyunun yaxınlığına) bir karvan gəldi suçularını (su dalınca) göndərdilər. O, su qabını (quyuya) saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların etdiklərini bilirdi.
Bünyadov-Məmmədəliyev:
Nəhayət, (Mədyəndən Misirə gedən) bir dəstə müsafir (karvan əhli bu yerə) gəlib suçularını (su dalınca) göndərdilər. (Suçu) qabını suya salan kimi: “Müjdə! Bu bir oğlandır! dedi. Onlar (müsafirlər ya qardaşları Yusifi) satdıq bir şey (ticarət malı) kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini (Yusifin başına oyunlar açdığını) biləndir!
Elmir Quliyev :
Когда прибыл караван, они послали водоноса принести воды. Он опустил свое ведро и сказал: "Вот радость! Это же мальчик!" Они спрятали его, чтобы продать. Но Аллах ведал о том, что они совершали.
Ələddin Sultanov:
Bir karvan gəldi sudaşıyanı (su dalınca) göndərdilər. O qabını (quyuya) saldı. (Yusifi görəndə:) “Müjdə! Bu bir oğlan uşağıdır!” - dedi. Onlar Yusifi satmaq məqsədi ilə qul kimi saxladılar. Allah onların etdiklərini biləndir.
Kerbelayi Malik ağa:
Bir karvan gəldi. Sonra da suçularını (quyuya) göndərdilər. Beləcə su qabını (quyuya) saldı. ‘Müjdə! Bu bir oğlan uşağıdır.’ dedi. Onu ticarət malı olaraq gizlətdilər. Allah etdiklərini ən yaxşı biləndir.
Ələsgər Musayev:
Bir karvan ora gəldi suçularını göndərdilər. O, satılını quyuya salladı. Dedi: «Ay şad xəbər! Bu, bir oğlandır». Onu satmaq üçün sirli saxladılar Allah Alimdir ilə ki, əməl edirlər!
A.Mehdiyev və D.Cəfərli:
Bir karvan gəlib çıxdı. Onlar (su gətirmək üçün quyuya) su daşıyanlarını göndərdilər. O, vedrəsini (quyuya) salladı elə ki, quyudan çıxartdı, birdən) dedi: «Ay muştuluq! Bu, bir oğlan uşağıdır! (su daşıyanlar) onu (karvandan ya karvançılar onu başqa yol yoldaşlarından) ticarət sərmayəsi kimi gizlətdilər. Allah onların etdiklərini bilirdi.
Kövsər Tağıyev:
Bir karvan gəlmiş, suçularını suya göndərmişdilər. Suçu qabını quyuya salan kimi: “Müjdə! Müjdə! Bu bir oğlandır!” dedi. Onu götürüb satlıq bir mal olaraq gizlədib saxladılar. Halbuki Allah onların etdiklərini bilirdi.
M.Qənioğlu və T.Bilaloğlu:
Bir dəstə yolçu gəldi onlar özlərinin suçusunu (su üçün) göndərdilər. O, su qabını (quyuya) endirdi dedi: “Xoş xəbər! Bu ki, oğlan uşağıdır!" Onlar onu bir satlıq mal kimi gizlətdilər. Allah isə onların etdiyini yaxşı bilirdi.
Sabirə Dünyamalıyeva:
yol keçən bir karvan gəldi, öz suçularını göndərdilər. O da vedrəsini quyuya saldı, "Müjdə, hey, müjdə! Bax, bir oğlan!" dedi. onu bir ticarət malı kimi gizləyib qorudular. Allah isə onların edəcəklərini bilirdi.