Əlixan Musayev:
Onlar öz Rəbbi barəsində höcətləşən iki dəstədir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarına da qaynar su töküləcəkdir.
Bünyadov-Məmmədəliyev:
Rəbbi barəsində mübahisə aparan bu iki zümrə (möminlər və kafirlər bir-birinə) düşməndir. Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdir; başlarına da qaynar su töküləcəkdir.
Elmir Quliyev
:
Вот две тяжущиеся группы, которые препирались относительно своего Господа. Для тех, которые не уверовали, выкроят одеяния из Огня, а на головы им будут лить кипяток.
Ələddin Sultanov:
Bunlar Rəbbi barəsində mübahisə edən (möminlər və kafirlər olmaqla) iki zümrədir. Kafirlərə gəldikdə, onlar üçün oddan paltarlar biçilmişdir. Onların başlarının üstündən qaynar su töküləcəkdir.
Kerbelayi Malik ağa:
Bu ikisi (möminlər və kafirlər) Rəbbi barəsində çəkişən iki düşməndir. O inkar edənlər ki, onlar üçün atəşdən paltarlar biçilmişdir. Onların başlarının üzərindən qaynar su töküləcək.
Ələsgər Musayev:
Bu iki rəqibdir, hansı ki, öz
Rəblərində düşmənçilik edirdilər. O kəslər ki, kafirdirlər, onlar
üçün oddan paltar biçiblər və başlarına üst tərəfdən hamamda
qaynayıb qarışan su kimi su tökərlər.
A.Mehdiyev və D.Cəfərli:
Bu ikisi (mömin və kafir dəstələri) öz Rəbbləri barəsində (Allahın varlığı, təkliyi, rübubiyyət və übudiyyəti barəsində) çəkişən düşmənlərdir. Beləliklə küfr etmiş kəslər üçün oddan libaslar kəsilmişdir və (Cəhənnəmdə) onların başlarına qaynar su töküləcəkdir.
Kövsər Tağıyev:
Bu iki düşmən tərəf Rəbləri haqqında mübahisəyə girişmişlər. Bunlardan inkar edənlər üçün oddan paltarlar biçilmişdir. Başlarının üstündən də qaynar su tökülər.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlar [möminlər və kafirlər] öz Rəbbi barəsində (bir-birilə) münaqişədə olan iki düşməndir. Kafirlər üçün oddan paltar biçiləcək, başlarının üstünə qaynar su endirilib töküləcək
Sabirə Dünyamalıyeva:
Bu ikisi; mömin ilə kafir, öz Rəbbi barəsində mübahisəyə girmiş iki düşməndir. Kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş kəslər] üçün oddan paltar biçilmişdir. Başlarının üstündən qaynar su tökülər.